"Dəmirbank" valyuta əmanətlərini ucuzlaşdırıb

"Dəmirbank" valyuta əmanətlərini ucuzlaşdırıb Bankın Azərbaycan manatı ilə əmanət qəbulu şərtlərində isə dəyişiklik olmayıb
Maliyyə
27 Dekabr , 2016 12:50
Dəmirbank valyuta əmanətlərini ucuzlaşdırıb

Bakı. 27 dekabr. REPORT.AZ/ "Dəmirbank" ASC müştərilərdən ABŞ dolları və avro ilə qəbul etdiyi əmanətlərin illik faiz dərəcəsini azaldıb. Bu barədə "Report"a Bankdan bildirilib.

Məlumata görə, hazırda "Dəmirbank"da 1 il müddətinə dollarla yerləşdirilən klassik əmanətlərə görə faizlərin aylıq və yaxud müddətin sonunda götürülməsindən asılı olaraq 5-6% dividend ödənilir. İndiyə qədər bu göstərici 6-7% olub. Bank 1 illik avro əmanətlərinin gəlirliliyini isə 4-5%-dən 3-4%-ə endirib.

Kredit təşkilatının Azərbaycan manatı ilə əmanət qəbulu şərtlərində isə dəyişiklik olmayıb.

Xatırladaq ki, “Dəmirbank” 1989-cu ildə "Azərdəmiryolbank" adı ilə yaradılıb, 2009-cu ildə rebrendinq aparılıb. Onun nizamnamə kapitalı 21 mln. manatdır. Bu məbləğ hər birinin nominal dəyəri 0,2 manat olan 105 mln. səhm əsasında formalaşıb. Bankın səhmlərinin 25%-i Avropa Yenidənqurma və İnkişaf Bankına (EBRD), 10%-i Hollandiya İnkişaf Maliyyə Şirkətinə (FMO), 0,25%-i 16 hüquqi şəxsə, 19,72%-i Rəhman Hacıyevə (Müşahidə Şurasının sədri), 9,65%-i Əsabəlı Hacıyevə, 5,45%-i Roman Əmircanova (Bankın İdarə Heyətinin sabiq sədri), 5,3%-i Səkinə Hacıyevaya, 5,3%-i Könül Hacıyevaya, 19,33%-i isə digər 810 fiziki şəxsə məxsusdur.

Son xəbərlər

Orphus sistemi