“DəmirBank” maliyyə risklərini sığortalayacaq

“DəmirBank” maliyyə risklərini sığortalayacaq Bank bir sıra illik xidmətlərin satınalması üzrə əlavə tender keçirir
Maliyyə
16 İyun , 2017 20:14
“DəmirBank” maliyyə risklərini sığortalayacaq
Courtesy İmage

Bakı. 16 iyun. REPORT.AZ/ "DəmirBank" ASC 2017-cı ildə bir sıra illik xidmətlərin satınalması üzrə əlavə tender keçirir. 

"Report" banka istinadən xəbər verir ki, bank maliyyə risklərini və nağd vəsaitlərini sığortalamaq üçün şirkət axtarır. Tender bankın maliyyə risklərinin sığortalanması məqsədi ilə BBB, kömpüter cinayətləri, plastik kart üzrə fraud və s. halların 3 mln. manat, 4 mln. manat və 5 mln. manat sığorta məbləğləri üzrə sığortalanması və bankın nağd vəsaitlərinin 3-cü şəxs və ya şəxslər tərəfindən oğurlanması və ya yararsız vəziyyətə salınmasının sığortalanması ilə bağlıdır.

Tender təklifləri 16 iyul 2017-ci il tarixi saat 18:00-dək imzalanmış, ikiqat zərfə qoyulmuş, möhürlənmiş şəkildə AZ1008, AR. Bakı şəhəri. Qarabağ küçəsi 31. "DəmirBank" ASC-nin Baş Ofisi ünvanına təqdim edilməlidir.

Təkliflərin qiymətləndirilməsində aşağı qiymət, yüksək keyfiyyət, xidmətlərin vaxtında çatdırılmsı yerinə yetirilməsi, anoloji işlərdə təcrübəsi, maliyyə vəziyyəti kimi meyarlara üstünlük veriləcək. Göstərilən meyarlar üzrə məlumatlar barədə sənədlər təqdim olunmalıdır.

Tender təkliflərinin qüvvədə olma müddəti zərflərin açıldığı gündən sonra azı 30 bank günü olmalıdır.

Son xəbərlər

Orphus sistemi