Yuxarı

​"Dəmirbank" rəhbərliyi "Parabank"la konsolidasiya haqqında yayılan xəbərləri təkzib edib

Daha bir bank birləşməsi haqqında yayılan xəbərlər yalan çıxıb

Bakı. 17 fevral. REPORT.AZ/ "Dəmirbank" ASC digər bank - "Parabank" ASC ilə gözlənilən birləşməsi barədə mətbuatda yayılan xəbərlərin doğru olmadığını açıqlayıb. "Report"un Banka istinadən verdiyi xəbərə görə, "Dəmirbank" adıçəkilən bankla birləşmək haqda danışıq aparmayıb.

"Son zamanlar mətbuatda "Dəmirbank"ın hər hansı bir bankla birləşməsinə dair məlumatlar yayılıb. Şəffaflıq ənənələrinə sadiq qalaraq, "Dəmirbank" hər zaman strateji qərarlarını müştərilərə və mətbuata açıqlayır. "Dəmirbank"la "AGBank" arasında ilkin niyyət protokolu imzalansa da, fevralın 11-də nəzərdə tutulmuş konsolidasiya prosesi ləğv edilib. Sözügedən konsolidasiya prosesi üzrə müzakirələr dayandırıldıqdan sonra "Dəmirbank" "ParaBank"la birləşmək haqda heç bir danışıqlara başlamayıb", - deyə məlumatda bildirilir.

"Hər hansı bir bankla birləşmə haqqında müzakirələr başlandığı halda, ictimaiyyətə, tərəfdaşlara və mətbuata bunun haqqında məlumat veriləcək", - deyə "Dəmirbank"dan əlavə olunub. 

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi