"Dəmirbank" müştərilərə güzəştli kredit təklif edir

"Dəmirbank" müştərilərə güzəştli kredit təklif edir Aksiya martın 31-dək davam edəcək
Maliyyə
11 Fevral , 2015 15:22
Dəmirbank müştərilərə güzəştli kredit təklif edir

Bakı. 11 fevral. REPORT.AZ/ Azərbaycanın "Dəmirbank" ASC "Güzəştli kredit" aksiyası çərçivəsində nağd pul krediti götürmək istəyən müştərilərə 10%-dək güzəştli kredit təklif edir.

"Report"un banka istinadən verdiyi xəbərə görə, aksiyanın şərtlərinə əsasən, müştərilər 5 000 manatadək nağd pul kreditini illik 10%-dək endirimlə əldə edə bilərlər. Bununla yanaşı, askiyada müştərilərə "DəmirTaksit" kartı pulsuz təqdim edilir.

Qeyd edək ki, “Güzəştli kredit” aksiyası martın 31-dək davam edəcək.

Xatırladaq ki, "Dəmirbank" ASC 1989-cu ildə fəaliyyətə başlayıb. Bankın səhmdarları sırasına Avropa Yenidənqurma və İnkişaf Bankı (EBRD) və Hollandiya İnkişaf Maliyyə Şirkəti (FMO) daxildir.

Son xəbərlər

Orphus sistemi