Yuxarı
    Bağlamaq

    "Dəmirbank" konvertasiya haqqını artırıb

    Bank bununla bağlı müştərilərə müraciət edib

    Bakı. 30 yanvar. REPORT.AZ/ “Dəmirbank” ASC plastik kart sahibi olan müştərilərinə müraciət edib.

    “Report”un məlumatına görə, müraciətdə deyilir ki, bundan sonra manat hesablı kartlardan xarici valyuta ilə ödəniş edilən zaman konvertasiya haqqı 5% (rəsmi məzənnəyə əlavə) olacaq. İndiyə qədər isə bu göstərici 4% olub.

    Xarici valyuta hesablı kartlardan manatla ödəniş edilən zaman isə konvertasiya haqqı əvvəlki qaydada 2% təşkil edəcək.

    Xatırladaq ki, “Dəmirbank” 1989-cu ildə "Azərdəmiryolbank" adı ilə yaradılıb, 2009-cu ildə rebrendinq aparılıb. Onun nizamnamə kapitalı 21 mln. manatdır. Bankın səhmlərinin 25%-i Avropa Yenidənqurma və İnkişaf Bankına (EBRD), 10%-i Hollandiya İnkişaf Maliyyə Şirkətinə (FMO), 0,25%-i 16 hüquqi şəxsə, 19,72%-i Rəhman Hacıyevə (Müşahidə Şurasının sədri), 9,65%-i Əsabəlı Hacıyevə, 5,45%-i Roman Əmircanova (Bankın İdarə Heyətinin sabiq sədri), 5,3%-i Səkinə Hacıyevaya, 5,3%-i Könül Hacıyevaya, 19,33%-i isə digər 810 fiziki şəxsə məxsusdur.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi