​“Dəmirbank” istehlak kreditlərini ucuzlaşdırıb

​“Dəmirbank” istehlak kreditlərini ucuzlaşdırıb İstehlak kreditləri üzrə illik faiz dərəcəsi 28%-dən başlayır
Maliyyə
9 İyul , 2015 16:37
​“Dəmirbank” istehlak kreditlərini ucuzlaşdırıb

Bakı. 9 iyul. REPORT.AZ/ “Dəmirbank” ASC istehlak kreditləri üzrə komissiya haqqını ləğv etməklə yanaşı, faiz dərəcələrini də endirib. İstehlak kreditləri üzrə maksimum illik faiz dərəcəsi 34%-dən 32%-ə salınıb.

"Report"un Banka istinadən verdiyi xəbərə görə, istehlak kreditləri üzrə illik faiz dərəcəsi 28%-dən başlayaraq tətbiq olunur.

“Dəmirbank” müxtəlif proqramlar üzrə əhaliyə və şirkətlərə mikro və kiçik biznes üçün kreditlər, ipoteka krediti, təhsil və səhiyyə işçilərinə kredit, dövlət işçilərinə kredit və digər istehlak kreditləri təqdim edir.

Xatırladaq ki, “Dəmirbank” ASC 1989-cu ildə fəaliyyətə başlayıb. Bankın səhmdarları sırasına Avropa Yenidənqurma və İnkişaf Bankı və Hollandiya İnkişaf Maliyyə Şirkəti (FMO) daxildir. 

Son xəbərlər

Orphus sistemi