“Dəmirbank” işçilərinin 22%-ni ixtisar edib

“Dəmirbank” işçilərinin 22%-ni ixtisar edib Bu, Bankın filiallarının bağlanması ilə əlaqəlidir
Maliyyə
7 Dekabr , 2016 13:38
“Dəmirbank” işçilərinin 22%-ni ixtisar edib

Bakı. 7 dekabr. REPORT.AZ/ Bu ilin ilk yarısında “Dəmirbank” ASC-nin işçilərinin sayı təxminən 22% azalıb. Bu barədə “Report” Banka istinadən xəbər verir.

Məlumata görə, iyulun 1-nə “Dəmirbank”ın işçilərinin sayı 787 olub. Bu isə yanvarın 1-i ilə müqayisədə 221 nəfər azdır.

Bankın işçi heyətinin kiçilməsi əsasən onun üç filialı – “Bakıxanov”, “İçəri Şəhər” və “Xırdalan” filiallarının bağlanması ilə əlaqədardır.

Xatırladaq ki, “Dəmirbank” 1989-cu ildə "Azərdəmiryolbank" adı ilə yaradılıb, 2009-cu ildə rebrendinq aparılıb. Onun nizamnamə kapitalı 21 mln. manatdır. Bankın səhmlərinin 25%-i Avropa Yenidənqurma və İnkişaf Bankına, (EBRD), 10%-i Hollandiya İnkişaf Maliyyə Şirkətinə (FMO), 0,25%-i 16 hüquqi şəxsə, 19,72%-i Rəhman Hacıyevə (Müşahidə Şurasının sədri), 9,65%-i Əsabəlı Hacıyevə, 5,45%-i Roman Əmircanova (Bankın İdarə Heyətinin sabiq sədri), 5,3%-i Səkinə Hacıyevaya, 5,3%-i Könül Hacıyevaya, 19,33%-i isə digər 810 fiziki şəxsə məxsusdur.

Son xəbərlər

Orphus sistemi