Yuxarı

​“DəmirBank” illik faiz dərəcəsini 17%-dək artırıb

Kampaniya cari il aprelin 15-dək davam edəcək

Bakı. 30 mart. REPORT.AZ/ “DəmirBank” cari il aprelin 15-dək “Göy” əmanət növünün illik faiz dərəcələrini 17%-dək artırıb. Bu barədə “Report”a bankdan məlumat verilib.

“Göy” əmanətin əsas üstünlükləri əmanət üzrə ən yüksək faiz dərəcələri və hesablanmış faizlərin hər ay ödənilməsi imkanıdır.

İstənilən şəxs minimum 100 AZN ilkin mədaxil edərək “DəmirBank” filiallarında əmanət hesabı açdıra bilər. Maksimum 3 il müddətinə açılan “Göy” əmanət növünü manat və ABŞ dolları valyutasında yerləşdirmək mümkündür.

“DəmirBank” Əmanətlərin Sığortalanması Fondunun üzvüdür. Bu isə “Əmanətlərin sığortalanması haqqında” qanunun şərtlərinə müvafiq olaraq əhalinin “DəmirBank”da yerləşdirdiyi əmanətlərinin sığortalanmasını təmin edir. Hazırda isə qorunan əmanətlər üzrə faiz dərəcəsinin yuxarı həddi 12%, kompensasiya məbləği isə 30 000 AZN təşkil edir. 

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi