Yuxarı
    Bağlamaq

    ​“DəmirBank” ”Energocredit” layihəsi çərçivəsində artıq ilk kreditlərin verilişini həyata keçirib

    AYİB layihəni gerçəkləşdirmək üçün “DəmirBank”a 5 milyon ABŞ dolları ayırıb

    Bakı. 28 noyabr. REPORT.AZ/ “DəmirBank” “Energocredit” layihəsi çərçivəsində müştərilərinə ilk kreditlərin verilişini həyata keçirməyə başlayıb. Bu barədə "Report"a bankın mərkəzi ofisindən məlumat verilib. İlkin olaraq "Energocredit"lərdən müxtəlif biznes sahələrində çalışan müştərilər yararlanıblar.

    Avropa Yenidənqurma və İnkişaf Bankı (AYİB) tərəfindən tətbiq edilən “Energocredit” layihəsinin məqsədi daha səmərəli texniki avadanlıq, materiallar və məişət avadanlıqları əldə etməklə, yerli sahibkarlara və fiziki şəxslərə enerjiyə ödədikləri vəsaitə qənaət etmələrinə yardımçı olmaqdır. Bununla yanaşı, “Energocredit” müştərilərə məhsulun dəyərinin 10 faizini geri nağd şəklində almaq imkanı verir.

    “DəmirBank” “Energocredit” layihəsinə bu ilin sentyabr ayından qoşulub. AYİB layihəni gerçəkləşdirmək üçün “DəmirBank”a 5 milyon ABŞ dolları ayırıb.

    Ölkənin ilk kommersiya banklarından biri olan “DəmirBank” 1989-cu ildə fəaliyyətə başlayıb. Bankın səhmdarları sırasına beynəlxalq maliyyə təşkilatları olan Avropa Yenidənqurma və İnkişaf Bankı və Hollandiya İnkişaf Maliyyə Şirkəti (FMO) daxildir.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi