"Dəmirbank" bu ilin ilk 9 ayını 20 mln. manatdan artıq xalis zərərlə başa vurub

"Dəmirbank" bu ilin ilk 9 ayını 20 mln. manatdan artıq xalis zərərlə başa vurub Bakı. 31 oktyabr. REPORT.AZ/ “Dəmirbank” ASC-nin cəmi aktivləri 2017-ci il oktyabrın 1-nə 429,329 mln. manat təşkil edib.
Maliyyə
31 Oktyabr , 2017 17:32
Dəmirbank bu ilin ilk 9 ayını 20 mln. manatdan artıq xalis zərərlə başa vurub
Report

Bakı. 31 oktyabr. REPORT.AZ/ “Dəmirbank” ASC-nin cəmi aktivləri 2017-ci il oktyabrın 1-nə 429,329 mln. manat təşkil edib.

“Report” Bankın maliyyə hesabatına istinadən xəbər verir ki, bu, 2016-cı il oktyabrın 1-i ilə müqayisədə 19% azdır.

“Dəmirbank”ın aktivlərinin 282,589 mln. manatını və yaxud 65,8%-ni müştərilərə verilmiş kreditlər təşkil edib. Son 1 ildə Bankın kredit portfeli 25,5% kiçilib.

Hesabat dövründə “Dəmirbank”ın cəmi öhdəlikləri 16,3% azalaraq 403,672 mln. manat, o cümlədən depozit portfeli 32% azalaraq 117,215 mln. manat olub. Bunun 108,419 mln. manatı fiziki şəxslərin, 8,797 mln. manatı isə hüququ şəxslərin depozitləridir. Son 1 ildə əhalinin əmanətləri 32,5%, şirkətlərin vəsaitləri isə 26,4% azalıb.

Bank Azərbaycan Mərkəzi Bankı qarşısında öhdəliyini isə 54,1% azaldaraq 17 mln. manata endirib.

Son 1 ildə “Dəmirbank”ın cəmi kapitalı isə 46,4% azalaraq 25,567 mln. manata düşüb.

Bu ilin yanvar-sentyabr aylarında “Dəmirbank”ın faiz gəlirləri 74,416 mln. manat (1 il əvvələ nisbətən 8,3% çox), faiz xərcləri 18,22 mln. manat (26,1% az), qeyri-faiz zərəri 1,04 mln. manat, qeyri-faiz xərcləri isə 22,159 mln. manat (7,15% az) təşkil edib. Son nəticədə Bankın xalis əməliyyat mənfəəti 32,997 mln. manat olub ki, bu da illik müqayisədə 19% çoxdur.

Bu il “Dəmirbank” aktivlər üzrə mümkün zərərlərin ödənilməsi üçün xüsusi ehtiyatların yaradılmasına ötən illə müqayisədə 92,2% çox – 52,675 mln. manat ayırıb, gözlənilməz fəaliyyətdən və əvvəlki dövr üçün uçotdakı dəyişikliklərdən 715 min manat (9,8 dəfə çox) xərcə düşüb. Bununla da, Bank ilin ilk 9 ayını 20,393 mln. manat xalis zərərlə başa vurub.

Xatırladaq ki, “Dəmirbank” 1989-cu ildə "Azərdəmiryolbank" adı ilə yaradılıb, 2009-cu ildə rebrendinq aparılıb. Onun nizamnamə kapitalı 21 mln. manatdır. Bankın səhmlərinin 25%-i Avropa Yenidənqurma və İnkişaf Bankına (EBRD), 10%-i Hollandiya İnkişaf Maliyyə Şirkətinə (FMO), 0,25%-i 16 hüquqi şəxsə, 19,72%-i Rəhman Hacıyevə (Müşahidə Şurasının sədri), 9,65%-i Əsabəlı Hacıyevə, 5,45%-i Roman Əmircanova (Bankın İdarə Heyətinin sabiq sədri), 5,3%-i Səkinə Hacıyevaya, 5,3%-i Könül Hacıyevaya, 19,33%-i isə digər 810 fiziki şəxsə məxsusdur.

Son xəbərlər

Orphus sistemi