Yuxarı

​"Dəmirbank"a yeni baş direktor təyin olunub

Bu vəzifəyə Əməliyyat Derpartamentinin rəhbəri gətirilib

Bakı. 18 may. REPORT.AZ/ "Dəmirbank" ASC-yə yeni baş direktor təyin olunub. "Report"un Banka istinadən verdiyi xəbərə görə, bu vəzifəyə Bankın Əməliyyat Derpartamentinin direktoru vəzifəsində çalışan Samirə Şirəliyeva gətirilib.

Qeyd edək ki, yeni direktor 2005-ci ildə Azərbaycan Dövlət İqtisad Universitetinin maliyyə və kredit fakültəsini bakalavr pilləsi, 2008-ci ildə isə maliyyə fakültəsini magistr pilləsi üzrə bitirib. 2005-ci ildən bank sistemində işləyir. 2013-cü ildə "Dəmirbank"ın Əməliyyat Departamentinin direktoru təyin edilib.

Xatırladaq ki, Bankın digər baş direktorları Oktay Əliyev və Mərdan Şıxəliyevdir. 

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi