"Deloitte Azərbaycan"ın Maliyyə məsləhəti departamentinə yeni rəhbər təyin edilib

"Deloitte Azərbaycan"ın Maliyyə məsləhəti departamentinə yeni rəhbər təyin edilib Daniyarın yerli və beynəlxalq müştərilərə peşəkar xidmətlərin göstərilməsi sahəsində geniş təcrübəsi var
Maliyyə
21 Yanvar , 2016 18:24
Deloitte Azərbaycanın Maliyyə məsləhəti departamentinə yeni rəhbər təyin edilib

Bakı. 21 yanvar. REPORT.AZ/ "Deloitte Azərbaycan" Daniyar Adigamovu Maliyyə məsləhəti departamentinə yeni rəhbər təyin edib. Bu barədə "Report"a qurumun Marketinq departamentindən məlumat verilib.

Məlumata görə, "Deloitte Azərbaycan"da tutduğu vəzifədən əvvəl Daniyar 16 ilə yaxın digər “Böyük Dörd”lük firmasında, 8 il audit departamentində və 3 il Moskvadakı Əməliyyatlar xidmətləri departamentində çalışıb. Bundan sonra, o, Qazaxıstanın Almatı şəhərinə qayıdaraq Orta Asiyada Əməliyyatlar və restrukturizasiya xidmətləri departamentini quraraq ona rəhbərlik edib.

Daniyarın yerli və beynəlxalq müştərilərə peşəkar xidmətlərin göstərilməsi sahəsində geniş təcrübəsi var. O, satınalmalarla əlaqədar 100-ə yaxın yoxlamalara, eləcə də audit və MDB-də maliyyə sektorunda (sığorta şirkətləri, banklar, lizinq şirkətləri və pensiya fondları) borcların restrukturizasiyasına dəstək layihələrinə rəhbərlik edib.

Daniyar Adigamov "Deloitte Azərbaycan"ın Maliyyə məsləhəti departamentinə rəhbərlik edərək müxtəlif mühüm əhəmiyyətli layihələrdə onu təmsil edəcək və "Deloitte Azərbaycan"ın mövcud və yeni müştəriləriylə fəal əlaqələrin qurulmasına cavabdeh olacaq. Onun bütün fəaliyyətləri "Deloitte Azərbaycan" şirkətində tutduğu yeni vəzifənin reallaşdırılmasına və şirkətin fəaliyyət göstərdiyi dairələrdə fərq yaradan həllərə xüsusi diqqət verilməsinə yönələcək.

"Deloitte"un Maliyyə Məsləhəti Praktikası xidmətləri birləşmələr və udulmalar, restrukturizasiya, kapitalın cəlb edilməsi, məhkəmə araşdırmaları, infrastrukturla bağlı məsləhət və qiymətləndirmələr kimi müxtəlif xidmətləri özündə birləşdirir.

Son xəbərlər

Orphus sistemi