“Dekabank”ın qorunmayan əmanətçilərinə kompenasiya ödənişi bu ay yekunlaşacaq

“Dekabank”ın qorunmayan əmanətçilərinə kompenasiya ödənişi bu ay yekunlaşacaq Bankda qorunmayan əmanətlərin məbləği təxminən 1,2 mln. manatdır
Maliyyə
18 Aprel , 2017 10:25
“Dekabank”ın qorunmayan əmanətçilərinə kompenasiya ödənişi bu ay yekunlaşacaq

Bakı. 18 aprel. REPORT.AZ/ Azərbaycanda ötən il lisenziyası ləğv olunmuş “Dekabank” ASC-nin qorunmayan əmanətçilərinə kompensasiya ödənilməsi bu ay yekunlaşacaq.

“Report”un məlumatına görə, bunu bu gün keçirdiyi mətbuat konfransında Azərbaycan Əmanətlərin Sığortalaması Fondunun icraçı direktoru Azad Cavadov bildirib.

Onun sözlərinə görə, Bankda qorunmayan əmanətlərin məbləği təxminən 1,2 mln. manatdır.

A.Cavadov qeyd edib ki, rəhbərlik etdiyi qurum ləğvedici olaraq “Dekabank”ın yalnız qısamüddətli öhdəliklərini yerinə yetirir: “Məsələn, Bankın sahibkarlıqla bağlı verilmiş kreditləri var ki, ləğvedici olaraq onlarla məşğul olmaq bizim işimiz deyil. Yəqin ki, həmin portfel başqa banka ötürüləcək”.

Son xəbərlər

Orphus sistemi