Yuxarı

​"Deka Bank" BFB-də listinqə qəbul edilib

Qiymətli kağızların ilkin ticarət qiyməti 1 100 manata çatıb

Bakı. 13 iyul. REPORT.AZ/ Bakı Fond Birjasının ( BFB) Listinq Komitəsinin qərarı ilə "Deka Bank" ASC BFB alternativ bazar seqmentində listinqə daxil edilib.

"Report"un BFB-yə istinadən verdiyi xəbərə görə, ticarətə buraxılan qiymətli kağızların sayı 22 700 ədəd, qiymətli kağızların ilkin ticarət qiyməti 1 100 manat təşkil edir.

BFB-də ticarətdə iştirak etməkdə maraqlı olan şəxslər birja üzvü olan broker şirkətlərinə müraciət edə bilərlər. 

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi