​DB Azərbaycanla bağlı yeni sənədi müzakirəyə çıxaracaq

​DB Azərbaycanla bağlı yeni sənədi müzakirəyə çıxaracaq DB-nin Qafqaz üzrə yeni regional direktorunun kim olacağı isə bu ay bilinəcək
Maliyyə
6 İyul , 2015 16:26
​DB Azərbaycanla bağlı yeni sənədi müzakirəyə çıxaracaq

Bakı. 6 iyul. REPORT.AZ/ İyulun 21-də Dünya Bankının (DB) Direktorlar Şurası Azərbaycan üzrə yeni Ölkə Tərəfdaşlıq Çərçivəsinin layihəsini müzakirə edəcək. "Report"un əldə etdiyi məlumata görə, sənəd 2015-2020-ci illəri əhatə edir.

Məlumata görə, bu müzakirələrdə iştirak etmək üçün Bankın Cənubi Qafqaz üzrə keçmiş regional direktoru Henri Keralinin (Henry Godfrey Rupiny Kerali) də növbəti dəfə Bakıya gələcəyi gözlənilir.

Xatırladaq ki, bir neçə gün öncə Bakıda olan H.Kerali iyulun 1-dən etibarən yeni vəzifəsinin icrasına başlayıb. O, bundan sonra DB-nın Qanadakı rəsmi təmsilçisi olacaq.

DB-nin Qafqaz üzrə yeni regional direktorun kim olacağı isə yaxin iki həftədə müəyyənləşəcəyi deyilir.

Son xəbərlər

Orphus sistemi