Azərbaycanda daha iki bank bağlanıb

Azərbaycanda daha iki bank bağlanıb Mərkəzi Bank "United Credit Bank" və "NBC Bank"ın lisenziyalarını ləğv edib
Maliyyə
26 Yanvar , 2016 15:06
Azərbaycanda daha iki bank bağlanıb

Bakı. 26 yanvar. REPORT.AZ/ Azərbaycan Mərkəzi Bankı (AMB) İdarə Heyətinin 25 yanvar tarixli qərarları ilə məcmu kapitalın minimum məbləği tələbinə əməl etmədiyinə, kreditorları qarşısında öhdəliklərini icra edə bilmədiyinə, cari fəaliyyətini etibarlı və prudensial qaydada idarə etmədiyinə görə “United Credit Bank” və “NBC Bank” ASC-nin bank lisenziyaları ləğv edilib.

"Report"un Mərkəzi Banka istinadən verdiyi xəbərə görə, bu gündən banklara müvəqqəti inzibatçı təyin edilib.

AMB bildirir ki, “NBC Bank” və “United Credit Bank” ASC-də Əmanətlərin Siğortalanması Fondu tərəfindən əhalinin qorunan əmanətləri üzrə qanunvericiliyə müvafiq olaraq kompensasiyaların ödənişi həyata keçiriləcək.

Son xəbərlər

Orphus sistemi