“AGBank”ın qiymətli kağızları ticarətdən çıxarılacaq

“AGBank”ın qiymətli kağızları ticarətdən çıxarılacaq Bakı Fond Birjası QSC-nin (BFB) Listinq Komitəsi lisenziyası ləğv edilmiş “AGBank” ASC-nin standart bazar seqmentində listinqdə saxlanılan səhm və istiqrazlarının delistinq edilməsi barədə qərar qəbul edib.
Maliyyə
2 İyun , 2020 11:41
“AGBank”ın qiymətli kağızları ticarətdən çıxarılacaq

"Bakı Fond Birjası" QSC-nin (BFB) Listinq Komitəsi lisenziyası ləğv edilmiş “AGBank” ASC-nin standart bazar seqmentində listinqdə saxlanılan səhm və istiqrazlarının delistinq edilməsi barədə qərar qəbul edib.

"Report" xəbər verir ki, bu barədə BFB-nin açıqlamasında bildirilir.

Məlumatda həmçinin deyilir ki, listinq qaydalarına uyğun olaraq, delistinq haqqında qərar ictimaiyyətə açıqlandıqdan 2 ay sonra qüvvəyə minəcək və qiymətli kağızlar ticarətdən çıxarılacaq.

Xatırladaq ki, bu il mayın 12-də Azərbaycan Mərkəzi Bankı “AGBank”da aparılmış dəqiqləşdirmələr nəticəsində həmin bankın maliyyə vəziyyətinin qeyri-qənaətbəxş olduğunu, kapital mövqeyini tam itirdiyini, daha da pisləşdiyini aşkar edərək lisenziyasını ləğv edib.

Son xəbərlər

Orphus sistemi