Çinlə ABŞ arasında ticarət balansının profisiti rekord həddə çatıb

Çinlə ABŞ arasında ticarət balansının profisiti rekord həddə çatıb Bakı. 12 yanvar. REPORT.AZ/ Çinlə ABŞ arasında ticarət balansının profisiti 2017-ci ildə 275,8 mlrd. dollar təşkil edib. Report The Wall Street Journala istinadən xəbər verir ki, bu barədə Çin Gömrük İdarəsi məlumat yayıb.
Maliyyə
12 Yanvar , 2018 13:13
Çinlə ABŞ arasında ticarət balansının profisiti rekord həddə çatıb

Bakı. 12 yanvar. REPORT.AZ/ Çinlə ABŞ arasında ticarət balansının profisiti 2017-ci ildə 275,8 mlrd. dollar təşkil edib. "Report" "The Wall Street Journal"a istinadən xəbər verir ki, bu barədə Çin Gömrük İdarəsi məlumat yayıb.

Məlumatda bildirilir ki, illik müqayisədə 10% artan profisit tarixi rekord səviyyə təşkil edib. Bundan əvvəlki rekord 2015-ci ildə qeydə alınıb və 261 mlrd. dollara bərabər olub.

Profisitin artmasına səbəb kimi ABŞ tərəfindən Çin mallarına artan tələbat olub. "The Wall Street Journal"a görə, ticarət profisitini azaltmaq üçün ABŞ-ın Prezident Administrasiyası yaxın həftələrdə Çinə qarşı məhdudlaşdırıcı tədbirlər açıqlaya bilər. Bu tədbirlərin günəş batareyaları, polad və alüminiumdan hazırlanan məhsullara aid edilməsi gözlənilir.

Son xəbərlər

Orphus sistemi