Yuxarı

Çinin xarici ticarət dövriyyəsinin həcmi azalıb

Çinin xarici ticarət dövriyyəsinin həcmi azalıb

Çin iqtisadiyytındakı yavaşlama neft qiymətlərini aşağı salacaq

Bakı. 13 yanvar. REPORT.AZ/ Çinin 2016-cı ildə xarici ticarət dövriyyəsinin həcmi 3,684 mlrd. ABŞ dolları təşkil edib. 

"Report" RİA "Novosti" agentliyinə istinadən xəbər verir ki, bu, 2015-ci illə müqayisədə 269 mlrd. və ya 6,8% azdır. 

Çinin Gömrük Baş İdarəsindən verilən məlumata görə, 2016-cı ildə Çinin ixracı 2015-ci illə müqayisədə 7,7% azalaraq 2,097 trln., idxalı isə 5,5% azalaraq 1,587 trln. dollar təşkil edib. Nəticədə Çinin xarici ticarət balansının müsbət saldosu 2016-ci ilin yükununda 509,9 mlrd. dollar təşkil edib.

Çinin Dövlət Şurası xarici ticarəti stimullaşdırmaq üçün müvafiq addımların atılacağını bildirib. Əsasən ixrac kreditlərinin sığortalanması və ixracatçılara vergilərin geri ödənməsinin artırılması nəzərdə tutulub.

"Report"un analitik qrupu bildirir ki, 2017-ci ildə ABŞ-Çin iqtisadi ticarət əlaqələrinin pisləşməsi gözlənilir. Bu, Çinin əsas ixrac tərəfdaşı ölkəsinə mal satışını azaldacaq. Nəticədə Çin iqtisadiyyatı yavaşlayacaq və bu da dünya iqtisadiyyatına önəmli problemlər yaradacaq. Əsas mənfi təsir neft bazarında müşahidə olunacaq. Belə ki, Çin hazırda dünyanın ən çox neft idxal edən və istehlak edən ölkəsi statusunu daşıyır. Belə olarsa, neftin qiymətinin yenidən 30 dollar/abrelə geriləyəcəyi istisna edilmir.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Tərəfdaşların xəbərləri


Xəbər lenti

Son xəbərlər



Orphus sistemi