Yuxarı
    Bağlamaq

    Çində davam edən devalvasiyanın tempi proqnozları qabaqlayır

    Artıq yuanın məzənnəsi 6 illik minimuma enib

    Bakı. 21 oktyabr. REPORT.AZ/ Çində ABŞ dollarının məzənnəsi 6,7611 CNY/USD səviyyəsinə kimi geriləyərək son 6 ilin minimal həddinə enib. Bu, dolların qlobal valyuta bazarında möhkəmlənməsi və Çin hökumətində ixracın azalması səbəbindən yuanın ucuzlaşmasına icazə verəcəyinə dair siqnalların gəlməsi ilə bağlıdır. 

    "Report"un "Bloomberg" agentliyinə istinadən verdiyi xəbərə görə, Çində dolların məzənnəsi 3 həftədir yüksəlir. "Bloomberg"in analitikləri bu məzənnənin 6,75 CNY/USD-yə yalnız 2016-cı ilin sonunda çatacağını proqnozlaşdırsalar da, ilin sonuna iki aydan çox vaxt qalmış məzənnə artıq proqnozu ötüb.

    "Commonwealth Bank of Australia"nın valyuta treyderi Endi Ji (Andy Ji) hesab edir ki, dolların möhkəmlənməsi prosesinin davam etməsi yuana təzyiqləri artırır: "Çin Mərkəzi Bankı isə dollarla mübarizə aparmayacaq və yuanın ucuzlaşmasına imkan verəcək".

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi