Yuxarı

Hesablama Palatası Çində keçirilən “Asiya Qiymətləndirmə Həftəsi” üzrə tədbirdə iştirak edib

Çində “Asiya Qiymətləndirmə Həftəsi”ndə Azərbaycanda iştirak edib

Azərbaycan Hesablama Palatasının İqtisadi sahələrin auditi şöbəsinin müdiri Azim Abasov Asiya İnkişaf Bankının təşkilatçılığı ilə Çin Xalq Respublikasının Kunminq şəhərində “Daha yaxşı nəticələr əldə etmək üçün keyfiyyətin qiymətləndirilməsi yerli, milli və regional perspektivlər mövzusuna həsr olunmuş” 2019-cu il üzrə “Asiya Qiymətləndirmə Həftəsi” üzrə tədbirdə iştirak edib. 

Bu barədə “Report”a Palatadan məlumat verilib.

Tədbirə 51 ölkədən, beynəlxalq təşkilatlardan və akademiyalardan 200-dən çox iştirakçı və qiymətləndirmə üzrə ekspertlər qatılıb.

“Asiya Qiymətləndirmə Həftəsi” Çin Xalq Respublikası Maliyyə Nazirliyinin təşkil etdiyi və Asiya İnkişaf Bankının maliyyəşdirdiyi Asiya və Sakit Okean regionunda qiymətləndirmə üzrə əsas bilik proqramıdır. Tədbirdə Çin Xalq Respublikası Maliyyə Nazirliyinin, Asiya İnkişaf Bankının, Şanxay Milli Hesablar Institutunun, Asiya və Sakit Okean regionu üzrə Maliyyə və İnkişaf İnstitutunun, Beynəlxalq Valyuta Fondunun, Yaponiya Beynəlxalq Əməkdaşlıq Təşkilatının, Dünya Bankının və İslam İnkişaf Bankının rəhbər işçilərinin və ekspertlərin təqdimatları təqdim olunmuş və müzakirələr aparılıb. Təqdimatların əsas mövzuları “Fəaliyyətinin səmərəliyinin qiymətləndirilməsi – Milli İdarəetmə Sistemində daha səmərəli idarəetmə potensialının gücləndirilməsi”, “Qeyri-ənənəvi pul siyasətləri üzrə Beynəlxalq Valyuta Fondunun tövsiyələrinin qiymətləndirilməsi”, “Əldə edilmiş biliklərdən nəticələrə: keyfiyyətə dair qiymətləndirilmənin rolu” və “Dünya Bankı Qrupunun regional inteqrasiyanın dəstəkləməsinin qiymətləndirməsində yanaşması”, “Fəaliyyətin Təhlili” daha yaxşı nəticələr əldə etmək üçün keyfiyyətin qiymətləndirilməsində Yaponiya Beynəlxalq Əməkdaşlıq Təşkilatının təşəbbüsü, “Vasitəli borc vermə: əldə edilmiş nəticələrinin qiymətləndirilməsi”, “Milli səviyyədə məqsədlərin qiymətləndirilməsi” və “Dövlət büdcəsinin səmərəli idarə edilməsi” olub.

Çin Xalq Respublikasının dövlət büdcəsinin səmərəli idarə edilməsi ilə əlaqədar təqdimatda bu prosesin uğurlu yerinə yetirilməsi üçün Çinin Maliyyə Nazirliyi və Milli Audit Ofisi arasında səmərəli əlaqələrin qurulması və bu işdə onlar tərəfindən yerinə yetirilən funksiyaların bölüşdürülməsi və nəticəyə əsaslanan büdcənin səmərəli idarə edilməsində məlumat mübadiləsinin operativliliyinin təmin edilməsi, büdcənin səmərəli idarəedilməsinin və hesabatlılığının səviyyəsinin yüksəldilməsilə bağlı məsələlər əksini tapmışdır. Müzakirələr zamanı büdcənin səmərəliliyinin qiymətləndirilməsi üçün vacib şərtlərdən biri kimi nəticə əsaslı və strateji planlara əsaslanan fəaliyyət proqramlarından ibarət olan büdcənin tərtib edilməsinin zəruriliyi vurğulandı. Bununla yanaşı büdcənin səmərəliliyinin təmin ediməsində, o cümlədən büdcənin gəlir və xərcləri, proqram və layihələrin icrası, habelə dövlət borcları üzərində nəzarətin həyata keçirilməsində və daxili nəzarətin qiymətləndirilməsində auditin yüksək rola malik olduğu bildirildi.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Son xəbərlər



Orphus sistemi