Çin yuanla neft fyuçers müqavilələrinin alqı-satqısına başlayıb

Çin yuanla neft fyuçers müqavilələrinin alqı-satqısına başlayıb Bugünkü hərraclarda 400 yerli və xarici investor iştirak edib
Maliyyə
26 Mart , 2018 12:33
Çin yuanla neft fyuçers müqavilələrinin alqı-satqısına başlayıb

Bakı. 26 mart. REPORT.AZ/ Bu gün Şanxay Beynəlxalq Energetika Birjasında (INE) Çinin milli valyutası yuanla neft fyuçers müqavilələrinin ticarəti başlayıb. 

"Report" Rusiya mətbuatına istinadən xəbər verir ki, bununla bağlı keçirilmiş açılış mərasimində Çinin qiymətli kağızlara nəzarət üzrə dövlət komissyasının sədri Lyu Şiyuy iştirak edib. 

O bildirib ki, Çin bu yeniliyə 17 il hazırlaşıb və tənzimləyicilər prosesə ciddi nəzarət edir. 

INE-dən verilən məlumata görə, ticarət olunan hər müqavilə 1 000 barel neftin alqı-satqısını nəzərdə tutur. Minimal qiymət spredi 0,1 yuan/barel olacaq. Çatdırılmalar Oman, Qətər, Yəmən, İraq (Bəsrə) və Şərqi Çindən baş tutacaq.

Qeyri-rezidentlər əməliyyatlarda xarici valyuta ilə, Çinin valyuta birjasının o günə olan məzənnəsi ilə iştirak edə biləcəklər. Xarici valyuta kimi hələlik ABŞ dolları əsas götürülüb. Qeyd edək ki, Çinin Maliyyə Nazirliyi bu müqavilələrə əməliyyat edən qeyri-rezidentləri 3 il ərzində vergidən azad etdiyini açıqlayıb. 

Birjadan verilən son məlumata görə, əməliyyatların ilk günündə neft fyuçers müqavilələrinin ticarəti 440 yuan/barel (69,8 dollar/barel) qiymətlə, 400 yerli və xarici investor iştirakı ilə keçib. 

Son xəbərlər

Orphus sistemi