Çin xarici bankların ölkədə fəaliyyət şərtlərini yüngülləşdirib

Çin xarici bankların ölkədə fəaliyyət şərtlərini yüngülləşdirib Çin xarici banklar haqqında qanuni tənzimləmələri yeniləyərək xarici bankların ölkədə şöbə açması və maliyyə sektorunda fəaliyyyətlərini asanlaşdırıb.
Maliyyə
26 Dekabr , 2019 13:33
Çin xarici bankların ölkədə fəaliyyət şərtlərini yüngülləşdirib

Çin xarici banklar haqqında qanuni tənzimləmələri yeniləyərək xarici bankların ölkədə şöbə açması və maliyyə sektorunda fəaliyyyətlərini asanlaşdırıb.

"Report" xarici mətbuata istinadən xəbər verir ki, bu barədə Çin Bank və Sığorta Tənzimləmə Komissiyası məlumat verib.

Məlumata görə, Çində şöbə açmaq istəyən xarici banklardan məcburi aktiv tələb edilməsi və yuanla ticarət üçün icazə alınması prosedurunu ləğv edib. Həmçinin xarici bankların yeni açılacaq filiallara köçürməli olduqları vəsaitin miqdarı 500 min yuana endirilib.

Qeyd edək ki, ekspertlər bu qərarla hökumətin bank sektoruna nəzarəti artıraraq sistematik risklərin qarşısını almaq istədiyini vurğulayıblar.

Son xəbərlər

Orphus sistemi