Yuxarı
    Bağlamaq

    Çin və ​Cənubi Koreya arasında ticarət vergiləri ləğv edilib

    İki ölkə arasında ticarət dövriyyəsi 229 mlrd. dollara çatıb

    Bakı. 10 noyabr. REPORT.AZ/ Çin və Cənubi Koreya arasında azad ticarət razılaşması imzalanıb. "Report"un "Associated Press" agentliyinə istinadən verdiyi xəbərə görə, bu barədə Pekində keçirilən Asiya-Sakit Okean Əməkdaşlıq Sammiti zamanı Çin prezidenti XI Yinpinqlə görüşən Cənubi Koreya prezidenti Park-Que Hyenin administrasiyası məlumat yayıb.

    Administrasiya Park və XI Yinpinq arasında baş tutan danışıqların ticarət müzakirələrinin 14-cü raundunun bitirdiyini və yalnız razılaşmanın imzalanmasına ehtiyac olduğunu açıqlayıb. Razılaşma ölkələr arasında aparılan ticarət əməliyyatlarının 70%-nə şamil ediləcək.

    Xatırladaq ki, Çin və Cənubi Koreya 2012-ci ilin mayında sərbəst ticarətlə bağlı müzakirələrə başlayıb. Rəsmi məlumatlara görə, 2013-cü ildə bu iki ölkə arasındakı ticarət dövriyyəsi 229 mlrd. dollar olub.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi