Yuxarı

Çin tarixində ən bahalı xarici investisiya anlaşması həyata keçirilib

ChemChina şirkəti İsveçrənin Syngenta AG şirkətini 43 mlrd. dollara alıb

Bakı. 22 avqust. REPORT.AZ/ Çinin kimya sənayesində fəaliyyət göstərən "ChemChina" şirkəti, İsveçrənin "Syngenta AG" şirkətini 43 mlrd. ABŞ dollarına alaraq ölkə tarixində rekord məbləğ sayılan xarici investisiya anlaşmasını həyata keçirib. 

"Report", "Financial Times"a istinadən xəbər verir ki, anlaşma ABŞ-ın İnvestisiyalar üzrə Komitəsi (CFİUS) tərəfindən müsbət qiymətləndirilib. Dünyanın ən böyük aqrokimya şirkəti olan "ChemChina"nın isveçrəli rəqibini almaq planları bu ilin fevralında məlum olub. Qeyd edək ki, bu ticarət anlaşmasının həyata keçməsi üçün hər iki şirkət CFİUS-dan əlavə dünyada tənzimləyici antiinhisar orqanlarının razılığını almalıdır. Şirkət rəsmilərinin birgə bəyanatında bildirilib ki, hazırda tənzimləyici orqanlarla konstruktiv dialoq aparılır və hər iki şirkət bu təşkilatlarla sıx əməkdaşlıq edir.

Qeyd edək ki, "ChemChina"da 140 min nəfər işçi çalışır və bunun 45 mini ölkə xaricində şirkətin filiallarında yer alıb. "Syngenta"nın 28 min işçisi isə 90-dan çox ölkədə fəaliyyət göstərən ofislərdə çalışırlar. 

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi