​Çin sürətlə qızıl ehtiyatlarını artırır

​Çin sürətlə qızıl ehtiyatlarını artırır Təkcə iyunda Çin qızıl ehtiyatlarını 57% artırıb
Maliyyə
17 İyul , 2015 16:17
​Çin sürətlə qızıl ehtiyatlarını artırır

Bakı. 17 iyul. REPORT.AZ/ Çin 2009-cu ildən etibarən ilk dəfə olaraq rəsmi qızıl ehtiyatlarının həcmini açıqlayıb. Çinin qızıl ehtiyatları iyun ayının sonuna 53,31 mln. unsiya təşkil edib.

"Report"un verdiyi xəbərə görə, Çin Mərkəzi Bankının rəsmi məlumatlarına əsasən, 2015-ci il may ayının sonunda Çində qızıl ehtiyatları 33,89 mln. unsiyaya bərabər olub. Yəni, Çin bir ay ərzində qızıl ehtiyatlarını 19,42 mln. unsiya və ya 57,3% artırıb.

Qeyd edək ki, Çin dünyada ən çox qızıl alan ölkə kimi tanınsa da, onun nə qədər ehtiyata malik olduğu açıqlanmırdı. Çinin son bir ayda bu qədər yüksək miqdarda qızıl almasına baxmayaraq, qızılın hazırkı qiyməti (1 140 dollar/unsiya) 2010-cu ildən bəri ən aşağı həddədir.

Son xəbərlər

Orphus sistemi