Çin hökuməti milli valyutanı sabit saxlamaq niyyətindədir

Çin hökuməti milli valyutanı sabit saxlamaq niyyətindədir Bakı. 15 yanvar. REPORT.AZ/ Çin hökuməti daha çox vergiləri azaltmaq, dövlət xərclərini artırmaq, kçiik və orta sahibkarlığa maliyyəni dəstəkləmək niyyətindədir.
Maliyyə
15 Yanvar , 2019 12:33
Çin hökuməti milli valyutanı sabit saxlamaq niyyətindədir
0 : 00
0 : 00

Bakı. 15 yanvar. REPORT.AZ/ Çin hökuməti daha çox vergiləri azaltmaq, dövlət xərclərini artırmaq, kçiik və orta sahibkarlığa maliyyəni dəstəkləmək niyyətindədir.

“Report” “Associated Press”ə istinadən bu barədə xəbər verir ki, bununla yanaşı, milli pul vahidi olan yuanı sabit saxlayaraq ardıcıl, eyni zamanda çevik pul-kredit siyasəti yeritmək nəzərdə tutulur.

“JPMorgan Chase & Co” bankının mütəxəssislərinin fikrincə, Çində 2018-ci ilin may ayından başlayaraq mərhələli şəkildə həyata keçirilən irimiqyaslı vergi azaldılmasının məcmu səmərəsi 2 trilyon yuanadək (300 milyard ABŞ dolları) ola bilər ki, bu da ölkə ÜDM-nin 1,2 faizi deməkdir.

Vergi azalması nəticəsində bu il ÜDM artımının 0,46 faiz sürətlənəcəyi güman edilir. “JPMorgan Chase & Co” ekspertlərinin qənaətincə, belədə düzəlişli büdcə kəsiri ÜDM-nin ötən ilki 10,7 faizindən 11,3 faizinədək arta bilər.

Çin Maliyyə Nazirliyindən bildiriblər ki, 2019-cu ildə infrastruktur layihələrini dəstəkləmək məqsədi də nəzərə alınmaq şərtilə xüsusi istiqrazların buraxılışı artırılacaq.

Son xəbərlər

Orphus sistemi