Çin dünya iqtisadiyyatına əlavə stimul verəcək

Çin dünya iqtisadiyyatına əlavə stimul verəcək Yaxın 5 ildə Çin dünya iqtisadiyyatına 600 mlrd. dollar yatıracaq
Maliyyə
12 May , 2017 13:15
Çin dünya iqtisadiyyatına əlavə stimul verəcək

Bakı. 12 may. REPORT.AZ/ Çin 2022-ci ilə qədər xarici ölkələrin iqtisadiyyatına ildə 120-130 mlrd. ABŞ dolları həcmində investisiya qoymağı planlaşdırdığını açıqlayıb. "Report" "Reuters" agentliyinə istinadən xəbər verir ki, bu barədə Çinin Milli inkişaf və islahatlar üzrə Komissiyasının sədr müavini Nin Tsiçje keçirdiyi mətbuat konfransında məlumat verib. 

N.Tsiçjenin sözlərinə görə, yaxın 5 ildə Çinin dünya iqtisadiyyatına investisiya qoyuluşu 600 mlrd. dollardan az olmayacaq. Sədr müavini bildirib ki, bu addım dünya iqtisadiyyatının, həmçinin sərbəst ticarət və investisiyaların dayanıqlı bərpası üçün təkanverici gücə səbəb olacaq.

N.Tsiçje, həmçinin 2016-cı ildə Çinin digər ölkələrə 170 mlrd. dollar investisiya qoyuluşu həyata keçirdiyini xatırladıb.

Son xəbərlər

Orphus sistemi