Cəbəllütariq kriptovalyutaları leqallaşdırır

Cəbəllütariq kriptovalyutaları leqallaşdırır Bakı. 13 fevral. REPORT.AZ/ Avropanın ən kiçik ölkələrindən biri olan Cəbəllütariq hələlik dünyada hüquqi əsası olmayan kriptovalyutaları leqallaşdırmağa hazırlaşır. 
Maliyyə
13 Fevral , 2018 13:27
Cəbəllütariq kriptovalyutaları leqallaşdırır

Bakı. 13 fevral. REPORT.AZ/ Avropanın ən kiçik ölkələrindən biri olan Cəbəllütariq hələlik dünyada hüquqi əsası olmayan kriptovalyutaları leqallaşdırmağa hazırlaşır. 

"Report" "Haberler" saytına istinadən xəbər verir ki, Cəbəllütariq hökuməti və Maliyyə Xidmətləri Komissiyası (GFSC) kriptovalyutaların ilkin emissiyasını (ICO - Initial Coin Offering) və onların təkrar bazarını tənzimləyəcək hüquqi prosesə başladığını bildirib.

GFSC-dən verilən məlumatda, həmçinin ölkədə blokçeyn əsaslı kriptovalyuta satışı üçün qanun layihəsinin hazırlandığı qeyd olunur.

Əgər kriptovalyuta bazarının leqallaşdırılması ilə bağlı qanun qəbul olunarsa, Cəbəllütariq dünyada ICO-ları qanuniləşdirən ilk ölkə olacaq. "Reuters" agentliyinin verdiyi məlumata görə, ICO-lar 2017-ci ildə 3 mlrd. dollara yaxın emissiya gəliri əldə edib. 2016-cı ildə bu göstərici 100 mln. dollar təşkil edib.

Son xəbərlər

Orphus sistemi