"CDB Bank" bazara yeni kart məhsulu çıxarıb

"CDB Bank" bazara yeni kart məhsulu çıxarıb Bakı. 14 aprel. REPORT.AZ/ "Caspian Development Bank" (CDB) ASC 2017-ci ili “Yerli istehsala dəstək ili” elan edib. Bu konsepsiya çərçivəsində nəzə...
Maliyyə
14 Aprel , 2017 09:42
CDB Bank bazara yeni kart məhsulu çıxarıb

Bakı. 14 aprel. REPORT.AZ/ "Caspian Development Bank" (CDB) ASC 2017-ci ili “Yerli istehsala dəstək ili” elan edib. Bu konsepsiya çərçivəsində nəzərdə tutulan layihələrdən biri olaraq, Bank bazara sahibkarlar üçün yeni “Sahibkart” məhsulunu təqdim edib.

"Report" bu barədə Banka istinadən xəbər verir.

“Sahibkart” kartı sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslər, kiçik və orta sahibkarlıq subyektləri üçün nəzərdə tutulub. “Sahibkart” sahibini ölkə daxilində və xaricdə nağdsız ödənişlər, eləcə də gömrük və vergi, onlayn ödənişlər həyata keçirmək, ezamiyyə xərcləri, mal materialların ödənilməsi və digər biznes xərcləmələrini etmək imkanı ilə də təmin edir. Kart sahibkarlara vəsaitlərini banka gəlmədən istənilən bankın ATM-dən 7 gün 24 saat ərzində güzəştli nağdlaşdırma imkanı yaradır. “Sahibkart”a vəsait daxil etmək də fasiləsiz mümkündür.

Son xəbərlər

Orphus sistemi