“Caspian Invest”in aktivləri 17% azalıb

“Caspian Invest”in aktivləri 17% azalıb Bakı. 19 oktyabr. REPORT.AZ/ “Caspian Invest” MMC bank olmayan kredit təşkilatının (BOKT) cəmi aktivləri illik müqayisədə 17,3% azalaraq bu il yanvarın 1-nə 631 min manat təşkil edib.
Maliyyə
19 Oktyabr , 2018 12:02
“Caspian Invest”in aktivləri 17% azalıb

Bakı. 19 oktyabr. REPORT.AZ/ “Caspian Invest” MMC bank olmayan kredit təşkilatının (BOKT) cəmi aktivləri illik müqayisədə 17,3% azalaraq bu il yanvarın 1-nə 631 min manat təşkil edib.

“Report” bu barədə BOKT-un maliyyə hesabatına istinadən xəbər verir.

Ötən il “Caspian Invest”in müştərilərə verdiyi xalis kreditlər 1,5% azalaraq 462 min manata düşüb.

Hesabat dövründə BOKT-un cəmi öhdəlikləri 33,8% azalaraq 45 min manat, cəmi kapitalı isə 12,4% azalaraq 586 min manat olub.

“Caspian Invest” 2017-ci ili 152 min manat zərərlə başa vurub. Bu, 2016-cı ilə nisbətən 18,75% çoxdur. 

Son xəbərlər

Orphus sistemi