"Caspian Development Bank" yeni şöbə açıb

"Caspian Development Bank" yeni şöbə açıb Bu, bankın ilk regional şöbəsidir
Maliyyə
11 Sentyabr , 2015 15:07
Caspian Development Bank yeni şöbə açıb

Bakı. 11 sentyabr. REPORT.AZ/ “Caspian Development Bank" (CDB) ASC-nin Gəncə şəhərində yeni şöbəsi açılıb. Heydər Əliyev prospekti,60 ünvanında fəaliyyətə başlayan “Çinar” şöbəsində fiziki və hüquqi şəxslərə bütün bank xidmətləri, o cümlədən hesablaşma-kassa əməliyyatları, əmanətlərin qəbulu, təcili pul köçürmələri, valyuta mübadiləsi, kommunal ödənişlər və s. xidmətlər təklif olunur. Şöbənin iş qrafiki bazar ertəsindən cümə gününə kimi saat 9:00-dan 18:00-a, şənbə günləri isə 10:00-dan 15:00-a qədərdir.

“Çinar” şöbəsi “Caspian Development Bank”ın sayca ikinci şöbəsidir. Birinci şöbəsi "Buta" ötən ay ərzində Bakıda açılıb.

“Caspian Development Bank” ASC 1988-ci ildə “Universal Bank” Kommersiya Bankı kimi qeydiyyatdan keçib, 2001-ci ilin sentyabrından adı "Kövsər Bank"a dəyişib, 2015-ci ilin yanvarın tarixində isə hazırkı brendlə yeni lizensiya alıb.

Son xəbərlər

Orphus sistemi