Bakı. 8 aprel. REPORT.AZ/ “Caspian Development Bank” ASC “Lider” beynəlxalq pul köçürmələri sisteminə qoşulub. İndi “Caspian Development Bank” ASC-nin müştəriləri “Lider” beynəlxalq pul köçürmələri sistemi vasitəsilə Rusiya rublu, ABŞ dolları və ya avro ilə pulların alınması və köçürülməsi xidmətindən istifadə edə bilərlər.
"Report"un banka istinadən verdiyi xəbərə görə, hazırda “Caspian Development Bank” ASC “Contact”, “Western Union”, “Zolotaya Korona”, “Blizko” və “Monex” təcili pulköçürmə sistemləri ilə əməkdaşlıq edir.
“Lider” beynəlxalq pul köçürmələri sistemi 2003-cü ilin aprel ayından fəaliyyət göstərir. Sistem vasitəsilə 132 ölkədəki 130 min məntəqədə pul köçürmələrini həyata keçirmək mümkündür.
“Caspian Development Bank” ASC (əvvəlki "Kövsər Bank") 26 yanvar 2015-ci il tarixində Azərbaycan Mərkəzi Bankının lisenziyası əsasında fəaliyyətə başlayıb və müştərilərə geniş spektrdə bank və digər maliyyə xidmətləri göstərir.