Yuxarı
    Bağlamaq

    "Caspian Development Bank"ın rəhbərliyində dəyişiklik olub

    İdarə Heyətinə yeni sədr təyin edilib

    Bakı. 11 yanvar. REPORT.AZ/ "Caspian Development Bank" (CDB) ASC-nin rəhbərliyində dəyişiklik olub. Müşahidə Şurasının qərarına əsasən, Nadir Yıldırım CDB-nin İdarə Heyətinin sədri vəzifəsinə təyin edilib.

    "Report"un Banka istinadən verdiyi xəbərə görə, İdarə Heyətinin sədri İbrahim Əsəd oğlu Alışov isə Səhmdarların Ümumi Yığıncağının qərarına əsasən, Müşahidə Şurasının sədri vəzifəsinə təyin olunub.

    Qeyd edək ki, “Caspian Development Bank" 1988-ci ildə “Universal Bank” kimi qeydiyyatdan keçib, 2001-ci il sentyabrın 24-də bankın adı dəyişilərək "Kövsər Bank" ASC, 2015-ci il yanvarın 26-da isə “Caspian Development Bank" ASC adı altında yeni lizensiya alınıb.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi