“Caspian Development Bank”ın rəhbərliyi dəyişib

“Caspian Development Bank”ın rəhbərliyi dəyişib Nadir Yıldırımı Zaur Əhmədov əvəz edib
Maliyyə
11 Fevral , 2017 10:41
“Caspian Development Bank”ın rəhbərliyi dəyişib

Bakı. 11 fevral. REPORT.AZ/ “Caspian Development Bank”ASC-nin (“CDB Bank”) İdarə Heyətinin (İH) sədri Nadir Süleyman Turan oğlu Yıldırım işdən çıxıb.

Bu barədə “Report” Bankın saytına istinadən xəbər verir.

Məlumata görə, hazırda “CDB Bank”a müvəqqəti olaraq İH-nin üzvü Zaur Kamil oğlu Əhmədov rəhbərlik edir.

Xatırladaq ki, "CDB Bank" 1998-ci ildən "Universal Bank" adı ilə fəaliyyət göstərən, 2001-ci ildən rebrendinq etmiş "Kövsərbank" ASC-nin bazasında 2015-ci ildə yaradılıb. Onun nizamnamə kapitalı 50,02 mln. manatdır. Bankın səhmlərinin 99,91%-i "Synergy Group" MMC-yə, 0,08%-i Həsən Cəfərova, 0,01%-i isə İbrahim Alışova (Bankın Müşahidə Şurasının sabiq sədri, Maliyyə Bazarlarına Nəzarət Palatasının baş icraçı direktoru) məxsusdur.

Son xəbərlər

Orphus sistemi