Yuxarı

​"Caspian Development Bank"ın Müşahidə Şurasına yeni sədr təyin olunub

Yeni sədr Fərəh Məmmədovadır

Bakı.26 aprel.REPORT.AZ/ "Caspian Development Bank" ASC-nin Müşahidə Şurasına yeni sədr təyin olunub. "Report"un banka istinadən verdiyi xəbərə görə, yeni sədr Fərəh Fərahim qızı Məmmədovadır.

Hazırda Müşahidə Şurasının tərkibi sədr və iki üzvdən-Fərid Zakir oğlu Hüseynov və Tural Ağabala oğlu Quliyevdən ibarətdir.

Qeyd edək ki, bankın Müşahidə Şurasının sədri əvvəl İbrahim Alışov olub. Cari il martın 29-da Azərbaycan Prezidenti İlham Əliyevin sərəncamı ilə İbrahim Əsəd oğlu Alışov Azərbaycan Respublikasının Maliyyə Bazarlarına Nəzarət Palatasının baş icraçı direktoru vəzifələrinə təyin edilib və bankın rəhbərliyindən uzaqlaşıb.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi