Cari ildə özünüməşğulluq proqramının icrası üçün 35 mln. manat nəzərdə tutulub

Cari ildə özünüməşğulluq proqramının icrası üçün 35 mln. manat nəzərdə tutulub Bu, təqribən 7 min ailənin büdcəsinə böyük dəstək olacaq
Maliyyə
10 Yanvar , 2018 23:17
Cari ildə özünüməşğulluq proqramının icrası üçün 35 mln. manat nəzərdə tutulub

Bakı. 10 yanvar. REPORT.AZ/ "Ölkədə ictimai işlərin yaradılması öz müsbət nəticəsini verib. Biz bu işə iki il bundan əvvəl başladıq, buna ehtiyac var idi. Çünki işsizlik artmağa başlamışdı. Dünya iqtisadi və maliyyə böhranı bizə də təsir etmişdi. İşsizliyin qabağını almaq üçün biz ictimai işlərin yaradılmasına başladıq və operativ tədbirlər nəticəsində il ərzində on minlərlə ictimai iş yaradıldı. İndi ictimai işlərə tələbat o qədər də böyük deyil. Bölgələrdə olarkən maraqlanıram və mənə məlumat verilir ki, indi kənd təsərrüfatına bu qədər dəstəyin verildiyi bir vaxtda vətəndaşlar - yəni, kəndlilər daha çox kənd təsərrüfatı işləri ilə məşğuldurlar, orada daha çox pul qazanırlar. Ona görə, ictimai işlərə maraq azalıb. Amma yenə bu il də ictimai işlərin yaradılması istiqamətində iş aparılacaqdır ki, Azərbaycanda işsizlik daim aşağı səviyyədə olsun".

"Report" xəbər verir ki, bunu Nazirlər Kabinetinin iclasında Azərbaycan Prezident İlham Əliyev bildirib.

O deyib ki, bu yaxınlarda başlanan özünüməşğulluq proqramının da uğurlu icrası gözlənilir:

"Bu məqsədlər üçün 35 milyon manat vəsait nəzərdə tutulub və bu, təqribən 7 min ailənin büdcəsinə böyük dəstək olacaq. Özünüməşğulluq proqramının çox böyük gələcəyi var və biz bu proqramın icrası ilə bağlı əlavə tədbirlər görəcəyik. Bu, işsizliyin aradan qaldırılması istiqamətində önəmli təşəbbüsdür. Eyni zamanda, ünvanlı sosial yardım alanların sayı da çoxalmayacaq, azalacaq. Bu yardımı alanlar artıq dövlət tərəfindən biznes üçün lazım olan vasitələrlə təmin ediləcəklər".

Son xəbərlər

Orphus sistemi