SOCAR istiqrazları üzrə ilk faiz ödənişi həyata keçirilib - VİDEO

SOCAR istiqrazları üzrə ilk faiz ödənişi həyata keçirilib - VİDEO Bu gün həyata keçirilən ödəniş çərçivəsində SOCAR istiqrazlarının sahiblərinə ümumilikdə 1,25 mln. dollar həcmində faiz ödənilib
Maliyyə
17 Yanvar , 2017 11:15
SOCAR istiqrazları üzrə ilk faiz ödənişi həyata keçirilib - VİDEO

Bakı.17 yanvar. REPORT.AZ/ Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) dollarla buraxdığı istiqrazlar üzrə rüblük faizlərin ilk ödənişini həyata keçirib. "Report" xəbər verir ki, bu münasibətlə keçirilən tədbirdə "SOCAR Capital" şirkətinin Müşahidə Şurasının sədri, SOCAR-ın vitse-prezidenti Süleyman Qasımov bildirib ki, SOCAR istiqrazlarının buraxılması və təkrar bazarda tədavülü SOCAR-ın maliyyə mənbələrini şaxələndirməklə yanaşı, ölkə vətəndaşlarının vəsaitlərinin daha səmərəli istifadəsinə və Azərbaycanın qiymətli kağızlar bazarının inkişafına ciddi dəstək olub. 

Onun sözlərinə görə, bu gün həyata keçirilən faiz ödənişi çərçivəsində SOCAR istiqrazlarının sahiblərinə ümumilikdə 1,25 mln. dollar həcmində faiz ödənilib. O qeyd edib ki, bu vəsait istiqraz sahiblərinin bank hesablarına artıq köçürülüb və vətəndaşlar bu pulları istədikləri kimi istifadə edə bilərlər.

SOCAR-ın qiymətli kağızların emissiyası üzrə baş məsləhətçisi və "SOCAR Capital" şirkətinin Məsləhət Şurasının üzvü Əli Ağaoğlu bildirib ki, hazırda SOCAR istiqrazları üzrə investorlara təklif olunan şərtlər nəinki Azərbaycanda, hətta bütün regionda ən əlverişli şərtlər sayıla bilər: "SOCAR bəyan edib ki, istiqraz sahiblərindən bu kağızları istənilən vaxt nominal qiymətə, yəni 1 000 dollara almağa hazırdır. Bu şərtlər investorlar üçün 100%-lik zəmanət deməkdir və indiyədək heç bir istiqraz buraxılışında belə bir zəmanət tətbiq olunmayıb".

Son xəbərlər

Orphus sistemi