BVF Ukraynaya 3,9 milyard dollar kredit ayıracaq

BVF Ukraynaya 3,9 milyard dollar kredit ayıracaq Bakı. 20 oktyabr. REPORT.AZ/ Beynəlxalq Valyuta Fondu Ukrayna hökuməti ilə 14 ay müddətinə 3,9 milyard dollar ekvivalentində yeni kredit borcunun ayrılmasına dair razılıq əldə edib.
Maliyyə
20 Oktyabr , 2018 00:55
BVF Ukraynaya 3,9 milyard dollar kredit ayıracaq

Bakı. 20 oktyabr. REPORT.AZ/ Beynəlxalq Valyuta Fondu Ukrayna hökuməti ilə 14 ay müddətinə 3,9 milyard dollar ekvivalentində yeni kredit borcunun ayrılmasına dair razılıq əldə edib.

“Report” RİA "Novosti"yə istinadən xəbər verir ki, bu barədə Fondun mətbuat xidmətinin cümə günü yaydığı məlumatda deyilir.

"Beynəlxalq Valyuta Fondunun nümayəndə heyəti və Ukrayna hökuməti yeni 14 aylıq maliyyələşdirmə proqramı haqqında razılıq əldə ediblər", - deyə məlumatda bildirilir.

Bundan əvvəl Ukraynada təbii qazın əhali istehlakçı qrupu üzrə tarifinin artırıldığı məlum olub.

Son xəbərlər

Orphus sistemi