BVF rəhbəri vəzifəsinə namizədin adı açıqlanıb

BVF rəhbəri vəzifəsinə namizədin adı açıqlanıb İspaniyanın iqtisadiyyat və biznes naziri vəzifəsini icra edən Nadya Kalvinyo Beynəlxalq Valyuta Fondunun (BVF) direktor-sərəncamçısı olmağa namizədlərdən biridir.
Maliyyə
18 İyul , 2019 12:27
BVF rəhbəri vəzifəsinə namizədin adı açıqlanıb
El Español

İspaniyanın iqtisadiyyat və biznes naziri vəzifəsini icra edən Nadya Kalvinyo Beynəlxalq Valyuta Fondunun (BVF) direktor-sərəncamçısı olmağa namizədlərdən biridir.

"Report" TASS-a istinadən xəbər verir ki, bu barədə jurnalistlərə adıçəkilən ölkənin hökumətindəki mənbələrdən məlumat verilib.

"Yerli və beynəlxalq mətbuatda G7-nin Avropa üzvlərinin BVF-nin rəhbəri postuna namizədlər irəli sürmək təşəbbüsü və bu adlar arasında iqtisadiyyat naziri Nadya Kalvinyonun da olması barədə yayılan xəbərlərlə əlaqədar İspaniya hökuməti adından bildirmək istərdik ki, üzvlərimizin dəyərinin və bacarıqlarının beynəlxalq səviyyədə tanınması hökumətimiz üçün şərəfdir", - Nazirlər Kabinetindən bildirilib.

Qeyd edək ki, 50 yaşlı Nadya Kalvinyo Pedro Sançesin sosialist hökumətində ötən ilin yayından nazir vəzifəsini icra edir.

Daha əvvəl Kristin Laqard namizədliyinin Avropa Mərkəzi Bankının (AMB) rəhbəri vəzifəsinə irəli sürülməsi ilə əlaqədar BVF-nin rəhbəri vəzifəsindən istefa verib.

Son xəbərlər

Orphus sistemi