​BVF 2016-cı il üçün dünyada ÜDM artımı proqnozunu aşağı salıb

​BVF 2016-cı il üçün dünyada ÜDM artımı proqnozunu aşağı salıb Dolların möhkəmlənməsi iqtisadi atıma mənfi təsir edir
Maliyyə
19 Yanvar , 2016 19:15
​BVF 2016-cı il üçün dünyada ÜDM artımı proqnozunu aşağı salıb

Bakı. 19 yanvar. REPORT.AZ/ Beynəlxalq Valyuta Fondu (BVF) inkişaf etməkdə olan ölkələrdə baş verən problemlər səbəbindən 2016-cı ildə dünyada ÜDM-in artım sürətini 3,6%-dən 3,4%-ə azaldıb. 

"Report" BVF-nin araşdırmalar üzrə direktoru və məsləhətçisi Moris Obstfeldin açıqlamalarına istinadən bildirir ki, dünya siyasətçiləri qısamüddətli vəziyyəti idarə etmək üsullarından qurtulub uzunmüddətli perspektivli inkişaf metodlarını araşdırmalıdırlar.

"Dünya iqtisadiyyatına baxış" (World Economik Outlook) hesabatında bildirilib: "Qlobal iqtisadi artım zəifdir və bu, əsasən inkişaf etməkdə olan ölkələrdə yaşanan qeyri-müəyyənlikdən irəli gəlir. Başlıca risk isə Çin iqtisadiyyatının yavaşlamasıdır. Həmçinin, dolların möhkəmlənməsi və gərgin geopolitik şərait də önəmli səbəblər arasında yer alır". 

Hesabatda inkişaf etmiş ölkələrin 2016-cı ildə ÜDM artımı proqnozu oktyabr ayı proqnozu ilə müqayisədə 0,1% bəndi azaldılaraq 2,1% olacağı bildirilib. Avrozonanın ÜDM artımı isə 0,1% bəndi artırılaraq 1,7%-ə yüksəldilib. Avrozona üçün 2017-ci ildə də eyni həcmdə ÜDM artımı proqnozlaşdırılıb. Hesabatda qeyd olunub ki, Avrozona iqtisadiyyatı Rusiyada resessiya olmasaydı, daha süırətlə arta bilərdi.

BVF ABŞ iqtisadiyyatının inkişafı üzrə proqnozunu 2016-cı il üçün 0,2% bəndi azaldaraq 2,6% olacağını qeyd edib. Fonddan bildiriblər ki, artım sürətinin azalmasına səbəb dolların möhkəmlənməsidir.

Digər tərəfdən, inkişaf etməkdə olan ölkələrdə iqtisadi aktivliyin bu il də azalaraq 6 ildir ardıcıl düşəcəyi ehtimal edilib. İnkişaf etməkdə olan ölkələr üçün 2016-cı ildə ÜDM artımı 0,2% bəndi azaldılaraq 4.3%-ə, 2017-ci il üçün isə 4,7%-ə endirilib.

Rusiya üzrə 2016-cı ildə ÜDM azalması 0,4% bəndi azaldıaraq 1%-ə yüksəldilib. 2017-ci il üçün isə Rusiyada 1% iqtisadi artım proqnozlaşdırılıb.

Çin iqtisadiyyatı üçün ÜDM artımı 2016-2017-ci illərdə sırası ilə 6,3% və 6% ehtimal edilib.

Səudiyyə Ərəbistanı üçün ÜDM artımı oktyabr hesabatı ilə müqayisədə 1% bənd azaldılaraq 2016-cı ildə 1,2%, 2017-ci ildə 1,9% ehtimal edilib. 

Son xəbərlər

Orphus sistemi