Yuxarı
    Bağlamaq

    ​"Buta Sığorta"nın öhdəlikləri hələ "Günay Sığorta"ya keçməyib

    Sığorta şirkətinin əməkdaşları adi qaydada işini davam etdirirlər

    Bakı. 1 iyun. REPORT.AZ/ Bu gündən etibarən "Buta Sığorta" ASC-nin qüvvədə olan sığorta müqavilələrinin "Günay Sığorta" ASC-yə keçəcəyi gözlənilsə də, bu, baş verməyib. Bu barədə "Report"a "Buta Sığorta"dan bildirilib.

    Məlumata görə, "Buta Sığorta" hələ fəaliyyətini dayandırmayıb və şirkətin əməkdaşları adi qaydada işini davam etdirirlər.

    "Sığorta şirkəti üzərinə götürdüyü öhdəlikləri özü icra edir. Öhdəliklərin tam şəkildə "Günay Sığorta"ya nə vaxt keçəcəyi isə məlum deyil", - deyə "Buta Sığorta"dan bildirilib. 

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi