Bugünkü valyuta hərracına 50 mln. dollar çıxarılıb

Bugünkü valyuta hərracına 50 mln. dollar çıxarılıb AMB-nin manat intervensiyasını davam edirəcəyi gözlənilir
Maliyyə
5 May , 2016 10:38
Bugünkü valyuta hərracına 50 mln. dollar çıxarılıb

Bakı. 5 may. REPORT.AZ/ Bu gün Azərbaycan Dövlət Neft Fondu (ARDNF) tərəfindən valyuta hərracına 50 mln. ABŞ dolları məbləğində vəsait çıxarılıb.

"Report" xəbər verir ki, mayın 3-də ARDNF tərəfindən valyuta hərracına çıxarılan 50 mln. dollarlıq vəsaitdən 5,6 mln. dollar 7 kommersiya bankına, 40 mln. dollar Azərbaycan Mərkəzi Bankına (AMB) satılıb. Nəticədə, hərraca çıxarılan valyuta kütləsinin 91,2%-i satılıb.

"Report"un analitik qrupu qeyd edir ki, bugünkü hərracda da AMB-nin manat intervensiyasını davam etdirəcəyi və valyuta alacağı gözlənilir.

Son xəbərlər

Orphus sistemi