Bugünkü hərracda 12,8 mln. manatlıq dövlət istiqrazları yerləşdirilib

Bugünkü hərracda 12,8 mln. manatlıq dövlət istiqrazları yerləşdirilib Bunun 57%-nin tədavül müddəti 182 gündür
Maliyyə
23 Avqust , 2016 17:57
Bugünkü hərracda 12,8 mln. manatlıq dövlət istiqrazları yerləşdirilib

Bakı. 23 avqust. REPORT.AZ/ Bakı Fond Birjasında Maliyyə Nazirliyinin AZN nominallı, AZ0102009518 ISIN kodlu, 182 gün tədavül müddətli, 10 mln. manat həcmində qısamüddətli dövlət istiqrazlarının yerləşdirilməsi üzrə hərrac keçirilib.

"Report"un Birjaya istinadən verdiyi xəbərə görə, hərrac zamanı 6 investor tərəfindən 12 sifariş təqdim olunub. Sifarişlərin nominal üzrə ümumi məbləği 14 005 700 manat təşkil edib. Sifarişlər 91,6180 manat (18,4998%)-96,1943 manat (7,9999%) qiymət intervalında təqdim edilib. Hərracın yekunları üzrə bağlanılmış əqdlərin kəsmə qiyməti 94,8400 manat (11,0017%), ortaölçülmüş qiyməti 95,6251 manat (9,2512%) təşkil edib.

İstiqrazların nominal qiymət üzrə reallaşdırılmış həcmi 7 320 200 manat təşkil edilib. İstiqrazların ödəmə tarixi 21 fevral 2017-cı ildir.

Həmçinin,  BFB-da Maliyyə Nazirliyinin AZN nominallı, AZ0104010514 ISIN kodlu, 364 gün tədavül müddətli, 10 mln. manat həcmində qısamüddətli dövlət istiqrazlarının yerləşdirilməsi üzrə hərrac keçirilib. Hərrac zamanı 5 investor tərəfindən 10 sifariş təqdim olunub. Sifarişlərin nominal üzrə ümumi məbləği 16 123 200 manat təşkil edib.

Sifarişlər 82,1285 manat (21,8803%)-91,3500 manat (9,5212%) qiymət intervalında təqdim edilib. Hərracın yekunları üzrə bağlanılmış əqdlərin kəsmə qiyməti 91,3500 manat (9,5212%), ortaölçülmüş qiyməti 91,3500 manat (9,5212%) təşkil edib. İstiqrazların nominal qiymət üzrə reallaşdırılmış həcmi 5 473 400 manat təşkil edib. İstiqrazların ödəmə tarixi 22 avqust 2017-cı ildir.

Son xəbərlər

Orphus sistemi