Yuxarı

Bu ilin yanvar-martında əsas kapitala 2 milyard 900 milyon manata yaxın vəsait yönəldilib

Əsas kapitala yönəldilmiş vəsaitlərin 31,3 faizini daxili vəsaitlər təşkil edib

Bakı. 19 aprel. REPORT.AZ/Bu ilin 3 ayında əsas kapitala 2 milyard 876,8 milyon manat məbləğində vəsait yönəldilib.

"Report" Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, istifadə olunmuş vəsaitin 2 milyard 529,7 milyon manatı və ya 87,9 faizi məhsul istehsalı obyektlərinin, 222,1 milyon manatı (7,7 faizi) xidmət sahələri üzrə obyektlərin, 125,0 milyon manatı (4,4 faizi) isə ümumi sahəsi 334,7 min kvadratmetr olan yaşayış evlərinin tikintisinə sərf olunub.

Əsas kapitala yönəldilmiş vəsaitlərin 900,9 milyon manatını və ya 31,3 faizini daxili vəsaitlər təşkil edib.

Həmin vəsaitlərin 2 milyard 013,4 milyon manatı və ya 70,0 faiz isə bilavasitə tikinti-quraşdırma işlərinin yerinə yetirilməsinə sərf olunub.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi