Yuxarı

​Bu ilin ilk yarısında əhalinin gəlirləri 6% artıb

Bütün icbari və könüllü haqlar ödənildikdən sonra əhalinin sərəncamında 18,0 mlrd. manat həcmində və ya əvvəlki ildəkindən 6,2% çox vəsait qalıb

Bakı. 15 iyul. REPORT.AZ/ Bu ilin yanvar-iyun aylarında əhalinin gəlirləri əvvəlki ilin eyni dövrü ilə müqayisədə 6,2% artaraq 19,8 mlrd. manata çatıb. "Report"un Dövlət Statistika Komitəsinə istinadən verdiyi xəbərə görə, onun hər nəfərə düşən həcmi 4,9% artıb.

Bu dövr ərzində gəlirlərin 74,2%-i son istehlak xərclərinə, 9,4%-i vergilər, sosial sığorta və könüllü üzvlük haqlarının ödənilməsinə sərf edilib, 14,0%-i isə yığıma yönəldilib.

Bütün icbari və könüllü haqlar ödənildikdən sonra əhalinin sərəncamında 18,0 mlrd. manat həcmində və ya əvvəlki ildəkindən 6,2% çox vəsait qalıb.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi