Bu ilin I yarısında Azərbaycanda əsas kapitala 6 milyard manatdan çox vəsait yönəldilib

Bu ilin I yarısında Azərbaycanda əsas kapitala 6 milyard manatdan çox vəsait yönəldilib Bu ilin yanvar-iyun aylarında ölkənin iqtisadi və sosial sahələrinin inkişafı üçün bütün maliyyə mənbələrindən əsas kapitala 6 131,6 mln. manat vəsait yönəldilib, sərf edilmiş vəsaitin 68,4%-ni bilavasitə tikinti-quraşdırma işlərinin dəyəri təşkil edib.
Maliyyə
12 İyul , 2019 11:08
Bu ilin I yarısında Azərbaycanda əsas kapitala 6 milyard manatdan çox vəsait yönəldilib

Bu ilin yanvar-iyun aylarında ölkənin iqtisadi və sosial sahələrinin inkişafı üçün bütün maliyyə mənbələrindən əsas kapitala 6 131,6 mln. manat vəsait yönəldilib, sərf edilmiş vəsaitin 68,4%-ni bilavasitə tikinti-quraşdırma işlərinin dəyəri təşkil edib. 

“Report” xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsinin açıqlamasında bildirilir. 

Məlumata görə, ümumi sərmayənin 63,8%-i məhsul istehsalı sahələrinə, 26,6%-i xidmət sahələrinə, 9,6%-i isə ümumi sahəsi 1 087,7 min kvadrat metr olan yaşayış evlərinin tikintisinə sərf olunub. Daxili mənbələrdən əsas kapitala yönəldilmiş vəsait ümumi sərmayənin 71,3%-ni təşkil edib.

Əsas kapitala yönəldilmiş sərmayənin ümumi dəyərində müəssisə və təşkilatların vəsaitləri 56,7%, büdcə vəsaitləri 27,7%, əhalinin şəxsi vəsaitləri 7%, bank kreditləri 6,8%, büdcədənkənar fondların vəsaitləri 1,4%, sair vəsaitlər isə 0,4% təşkil edib.

2019-cu ilin yanvar-iyun aylarında Bakı şəhərində Pirallahı Sənaye Parkında şpris istehsalı zavodu, DOST Agentliyinin və ilk DOST mərkəzinin inzibati binası, Qobustan rayonunda “Azərxalça” ASC-nin Qobustan filialı, Qobustan-Poladlı avtomobil yolu, Əmlak Məsələləri Dövlət Komitəsinin Əmlak Xidmətləri Məkanı, Mərdəkan-Qala avtomobil yolu, Sumqayıt şəhərində “SOCAR karbamid” zavodu, Polietilen zavodu, Beyləqan rayonunda Olimpiya İdman Kompleksi, Tarix-Diyarşünaslıq Muzeyi, Kəbirli-Eyvazalılar-Birinci Aşıqlı-Əlinəzərli və Mingəçevir-Stansiya Mingəçevir-Bəhrəmtəpə-Beyləqan avtomobil yolları, bunlardan əlavə Naxçıvan Muxtar Respublikasında 1170 şagird yerlik 2 ümumtəhsil məktəb binası, 200 yerlik məktəbəqədər təhsil müəssisəsi, bir növbədə gəlişlərin sayı 35 nəfər olan 2 ambulatoriya-poliklinika müəssisəsi, Qobustan və Şəmkir rayonlarında 310 çarpayılıq 2 xəstəxana və s. mühüm əhəmiyyətli obyektlər istifadəyə verilib.

Son xəbərlər

Orphus sistemi