Bu ilin əvvəlindən 30 auditor bazarı tərk edib

Bu ilin əvvəlindən 30 auditor bazarı tərk edib Bu ilin yanvar-oktyabr aylarında Azərbaycanda 12 auditor təşkilatı və 2 sərbəst audit könüllü qaydada, 8 auditor təşkilatı və 8 sərbəst auditor isə məcburi qaydada bazardan kənarlaşdırılıb.
Maliyyə
6 Noyabr , 2019 14:40
Bu ilin əvvəlindən 30 auditor bazarı tərk edib

Bu ilin yanvar-oktyabr aylarında Azərbaycanda 12 auditor təşkilatı və 2 sərbəst audit könüllü qaydada, 8 auditor təşkilatı və 8 sərbəst auditor isə məcburi qaydada bazardan kənarlaşdırılıb. 

Bu barədə “Report”un sorğusuna cavab olaraq Auditorlar Palatasından bildirilib.

Palata auditorların fəaliyyətinin məcburi qaydada dayandırılmasının səbəblərindən biri kimi onların üzvlük haqqı ödəməmələrini göstərib. 

Bundan başqa, qurum 10 ay ərzində 25 auditor təşkilatına və 3 sərbəst auditora fəaliyyət üçün icazə verib. 

Beləliklə, noyabrın 1-nə ölkədə 105 auditor təşkilatı və 45 sərbəst auditor fəaliyyət göstərib. 

Son xəbərlər

Orphus sistemi