Yuxarı
    Bağlamaq

    Bu ilin 9 ayı üzrə ölkənin qiymətli kağızlar bazarında artım müşahidə olunub

    Bakı Fond Birjasında dövlət istiqrazlarının yerləşdirilməsi üzrə 27 hərrac keçirilib

    Bakı. 30 noyabr. REPORT.AZ/ Bu ilin 9 ayı ərzində Bakı Fond Birjasında (BFB) və birjadankənar bazarda keçirilən əməliyyatların ümumi həcmi 11,877 milyard manat təşkil edib.

    Maliyyə Bazarlarına Nəzarət Palatasından “Report”a verilən məlumata görə, bu göstərici ötən ilin müvafiq dövrü ilə müqayisədə 2,926 milyard manat və ya 33% çoxdur.

    Bu dövr ərzində qiymətli kağızların ilkin bazarı 6,4 dəfə artaraq 8,169 milyard manat təşkil edib. Ümumilikdə korporativ qiymətli kağızlar bazarı 2,6 dəfə, dövlət qiymətli kağızlar bazarı isə 19,2 dəfə artıb.

    Hesabat dövründə korporativ qiymətli kağızlar bazarında bağlanan əqdlərin ümumi həcmi 8,287 milyard manat olub. Dövr ərzində səhm bazarının həcmi ötən ilin müvafiq dövrü ilə müqayisədə 1,4 dəfə, korporativ istiqrazlar bazarı isə 2,9 dəfə artıb, o cümlədən manatla yerləşdirilmiş korporativ istiqrazların həcmi 6,7 dəfə, xarici valyutada yerləşdirilmiş korporativ istiqrazların həcmi isə 3,2 dəfə artaraq müvafiq olaraq 7,501 milyard manat və 22 milyon manat təşkil edib.

    Cari ilin 9 ayı ərzində BFB-də dövlət istiqrazlarının yerləşdirilməsi üzrə 27 hərrac keçirilib. Bundan əlavə, 21 sentyabr tarixində 2016-cı il üzrə ilk dəfə olaraq qeyri-bank olan hüquqi şəxslər arasında repo əqdi bağlanılıb.

    Kapital bazarları üzrə 2016-cı ilin yanvar-sentyabr ayları ərzində birja və birjadankənar bazarda keçirilən əməliyyatların ümumi həcmi üzrə ətraflı məlumatlar qiymətli kağızlar bazarına dair yanvar-sentyabr ayları üzrə hesabatda öz əksini tapıb.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi