Yuxarı

Bu il vergi daxilolmaları 15% azalıb

Bu il vergi daxilolmaları 15% azalıb

Vergilər Nazirliyi üzrə müəyyənləşdirilmiş proqnoza 5% artıq əməl olunub

Bakı. 15 mart. REPORT.AZ/ Bu ilin yanvar-fevral ayları ərzində Azərbaycanda vergi ödəyiciləri tərəfindən Vergilər Nazirliyinin xətti ilə dövlət büdcəsinə ümumilikdə 939 138 200 manat məbləğində vəsait ödənilib. “Report” xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 162 359 400 manat yaxud 14,74% azdır.

Nazirlikdən verilən məlumata görə, Vergilər Nazirliyi üzrə müəyyənləşdirilmiş proqnoz tapşırığına 105,2% əməl olunub.

Hesabat dövründə 68 172 vergi ödəyicisi qeydiyyata alınıb ki, bunun da 492-si ƏDV ödəyiciləridir.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Tərəfdaşların xəbərləri


Xəbər lenti

Son xəbərlər



Orphus sistemi